Tez-tez verilən suallar

1. Saytımızda qeydiyyatdan keçərək türkiyə anbarımızın ünvanını əldə edirsiniz və beləliklə sifariş edəcəyiniz saytda çatdırılma ünvanı olaraq həmin ünvanı qeyd edirsiniz. Satıcı firma sizin sifarişinizi bizim anbarımıza təhvil verir və biz təhvil aldığımız həmin bağlamanı sizə çatdırırıq. Bu xidmət növündə siz sadəcə bağlamanızı təhvil alarkən daşınma haqqı ödəyirsiniz.

2. Mənim üçün al xidməti ilə siz saytımızda sifariş et bölməsindən almaq istədiyiniz məhsulun linkini bizə göndərirsiniz. Bu xidmət növündə təhvil anbarı olaraq Bakı və digər bölgələri seçən müştərilər üçün 1 TL = 0.37 AZN , Naxçıvan seçən müştərilət üçün isə 1 TL = 0.29 AZN olaraq hesablanır. Siz öncədən heçbir ödəniş etmirsiniz. Sifarişiniz sizə təhvil verildiyi zaman ödəniş edirsiniz.

3. Sifariş et xidməti ilə siz saytımızda sifariş et bölməsindən almaq istədiyiniz məhsulun linkini bizə göndərirsiniz. Bu xidmət növündə məhsul dəyərinin üzərinə 5 % bank xərci əlavə edilir. Siz məhsulun dəyərini plastik kart vasitəsi ilə saytımızda online şəkildə ödədikdən sonra əməkdaşlarımız sifarişinizi həyata keçirir. Bundan sonra bağlamanızı təhvil aldıqda çəkisinə uyğun daşınma haqqı ödəyirsiniz.

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş mallar, yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika, radioaktiv maddələr, narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat,mebel dəstləri və böyük həcmli yüklər, canlı heyvanlar, dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr, xammal şəklində olan qiymətli metallar, qiymətli qaşlar və bu kimi bir sıra məhsulların sifarişi qəbul edilmir.
Xarici anbara daxil olan hər bağlama tərəzidə çəkilir. Sistemə isə həmin çəki qeyd edilir. Daşınma haqqı da həmin çəkiyə uyğun müəyyənləşdirilir. Sifarişçi saytda bağlamalarım bölməsinə daxil olaraq bağlamasının xarici anbara çatdığını və məhsulunun çəkisini görə bilir. (Nümunə çəki hesablanması: Çəki 0.22 kq olduqda 0.22 * 5.50 = 1.21 $)
Satıcı firma bağlamanızı Türkiyə anbarımıza təhvil verdikdən sonra ən gec halda 5-10 iş günü ərzində bağlamalar çatdırılır. Hal hazırda mövcud pandemiya ilə əlaqədar olaraq gecikmələr yaşana bilər.
Daşınma haqqı bağlamanızı təhvil alarkən ofisimizdə nağd və posterminal ilə ödənilir. İstədiyiniz halda saytımızda hər hansı bir bank kartı ilə online şəkildə ödəniş edə bilərsiniz.