Sifarişiniz səhv gəlib?
Məhsulun rəngi, ölçüsü səhvdir?
Məhsulda qüsur var?
Və ya sadəcə olaraq bəyənmədiniz?
Sürət kargo olaraq öz iş sahəmizə daim yeniliklər tətbiq etməyimizin nəticəsi olaraq sizlərə GERİ QAYTARMA xidmətimizi təqdim edirik.
E-ticarətdə ən çox ehtiyat edilən məqam məhsulların saytlarda göstərildiyi kimi gəlməməsi və ya ölçülərinin uyğun olmamasıdır. Ancaq bu, sizlərin e-ticarətlə alış-veriş edərək əldə edə biləcəyiniz 70-80%-lik endirimlərdən imtina etmənizə səbəb olmamalıdır. Bu səbəbdən, müştərilərimiz üçün e-ticarət risklərini minimala endirəcək GERİ QAYTARMA xidmətini təklif edirik.
GERİ QAYTARMA xidmətinin istifadəsi ilə məhsul satıcı firmanın geri qaytarma şərtləri nəzərə alınmaqla aşağıdakı hallarda geri qaytarıla bilər:
Məhsul ölçüsü, rəngi və s. yanlış gəldiyində;
Məhsul qüsurlu gəldiyində;
Müştəri sadəcə olaraq məhsulu bəyənməyib geri qaytarmaq istədikdə;
Məhsul Naxçıvan anbarına çatdığı gün və ertəsi gün ərzində.
GERİ QAYTARMA xidməti bağlamanın dəyərindən,çəkisindən və ölçüsündən asılı olmayaraq hər bağlama üçün 10 AZN olaraq hesablanır.
QEYD: Türkiyə ofisimizə qaytarılan bağlama satıcı mağaza tərəfindən qəbul edilməzsə yenidən çəki tariflərinə əsasən Azərbaycana çatdırıla bilər. Yaxud müştəri öz sifarişindən imtina edə bilər. Qeyd edək ki, imtina edilən sifarişlərin ödənişi geri qaytarılmır.
Satıcı mağaza tərəfindən iadəsi qəbul edilməyən bağlamaya görə Sürət Kargo MMC məsuliyyət daşımır.