“Trendyol”un Naxçıvandakı istifadəçiləri artıq sifarişlərini birbaşa Sürət Kargo filiallarından ala biləcəklər.

Yeniliyə əsasən, vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Qeyd edək ki, indiyədək “Trendyol”un Naxçıvana birbaşa çatdırılma xidməti yox idi.


Sürət Kargo olaraq sizlərə bu yeniliklə bağlı ən çox verilən sualların bəzilərini və cavablarını təqdim edirik.

Ünvanlar necə tənzimlənir ?
- “Adres Bilgilerim” bölməsində bu günə qədər aktiv olmayan Naxçıvan ünvanları artıq aktivdir. Naxçıvanda olan "Gel Al" nöqtəsini seçmək mümkündür. 

“Gel al” nöqtəsi nədir ?
- “Gel al” nöqtəsi bizim dilimizlə desək, bugün gedib məhsulumuzu götürdüyümüz karqo şirkətlərinin filialları və təhvil məntəqələridir. Hazırda Trendyol saytında “Gel al” nöqtəsi kimi Sürət Kargonun filialları mövcuddur. Yəni müştəri birbaşa Azərbaycana olan sifarişlərdə Sürət Kargo nun təhvil məntəqələrini seçə bilər.

Çatdırılma qiyməti necə hesablanır ?
- Çatdırılma qiyməti Trendyol saytında məhsul alarkən, orada göstərilən “kargo” qiymətidir. Məhsulunuzu təhvil alarkən heç bir əlavə ödəniş alınmır.

"Smart Customs"da məhsulu bəyan edərkən mağaza hissəsində nə görünəcək?
- Əvvəllər olduğu kimi, indi də Trendyol saytından sifariş etdiyiniz zaman 1 aylıq 300 ABŞ dolları limiti qalır və alınan məhsulların "Smart Customs"a bəyan edilməsi vacibdir. 300 dollardan çox olan aylıq sifarişlər zamanı əlavə rüsum ödənilir. Gömrük yoxlanışı zamanı sifarişinizin kommersiya məqsədli olduğu aşkarlanarsa və yaxud daşınması qadağan olunan məhsuldursa, DGK tərəfindən saxlanıla bilər.

"Smart Customs"da məhsulu bəyan edərkən mağaza hissəsində nə görünəcək?
- "Smart Customs"da məhsulu bəyan edərkən mağaza adı hissəsində satıcı mağaza adı olaraq Trendyol və sifarişin "Teslimat numarası" görünəcək. Məsələn- Trendyol 2534657689

Müştəri sifarişi haqqında müraciəti hara etməlidir?
- Sifarişinizin daşınması ilə bağlı suallarınızı “Trendyol Asistan”a yönləndirə bilərsiniz. Ümumi xidmət və digər suallarınızla bağlı “Trendyol Asistan”a müraciət etməyinizi xahiş edirik.